Sərhəddə insident – 2 nəfər həbs olunub, yaralanan var

0
314183

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısını alıblar.

DSX-nın Mətbuat Mərkəzindən VOİCEPRESS-ə verilən məlumata görə, aprelin 20-də saat 22:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar rayonunun ərazisindəki sərhəd zastava­sının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitələri keçirərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Yevlax rayon sakinləri Niyazquliyev Müşfiq İbrahim oğlu və Cəfərov Ramin İslam oğlu səhədçilərin çevikliyi nəticəsində saxlanılıblar. Onların üzərlərinə baxış zamanı külli miqdarda narkotik maddə olan 1 kq 250 qram heroin və 950 qram marixuana aşkar olunaraq götürülüb.

Təqib zamanı sərhədçilərə qarşı müqavimət göstərən R.Cəfərov özünə bıçaqla ağır bədən xəsarəti yetirib. Yaralı ilkin tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə çatdırılıb. Hazırda saxlanılan şəxsin sağlamlığına heç bir təhlükə yoxdur.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here