Səfir BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb

0
313606

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Bakı Dövlət Universitetində olub. Səfiri yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov Türkiyə universitetləri ilə əlaqələrdən, “ikili doplom” məsələsindən və bu günlərdə qardaş ölkənin 3 ali təhsil ocağı ilə imzalanan müqavilələrdən bəhs edib.

VOİCEPRESS xəbər verir ki, Səfir Erkan Özoral, öz növbəsində, universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.

Daha sonra səfir Erkan Özoral BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb.

Tələbələrin arzu və istəklərini dinləyən səfir, eyni zamanda problemləri ilə maraqlanıb, təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, peşəkar mütəxəssis kimi özlərini inkişaf etdirməyi tövsiyə edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here