Salvadorda zəlzələ baş verib.
VOİCEPRESS bildirir ki, bu barədə ölkə polisi “Twitter”də xəbər verib.
Xəbərdə bildirilir ki, zəlzələ 5,1 bal gücündə olub. “Bir nəfər öz maşını ilə Los-Çorros avtomagistralında gedərkən avtomobilin üzərinə böyük daş düşüb” – deyə polisin məlumatında qeyd olunur.
Yeraltı təkanlar Antiquo-Kuskatlan şəhərində qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ zamanı həmçinin 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
VOİCEPRESS.AZ