Ruslar əl-Bağdadini tutdular

0
314587

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin yaxalanmasına dair xəbərin təfərrüatları məlum olub.

VOİCEPRESS xarici mətbuata istinadən bildirir ki, BMT rəsmisi Haissam Əbu Səid Bağdadinin Rusiya və Suriyanın birgə keçirdiyi kəşfiyyat əməliyyatı nəticəsində yaxalandığını deyib.

“BMT-nin informasiya və təhlükəsizlik Komitəsi yanında informasiya Bürosu dəqiq məlumat alıb ki, xəlifə Əbu Bəkr əl-Bağdadi Suriyanın şimalında, Rusiya və Suriya kəşfiyyat qüvvələrinin birgə əməliyyatı sayəsində yaxalanıb”-Haissam Əbu Səid bildirib.

BMT rəsmisinin bildirdiyinə görə, Bağdadi mühasirədə olan Mosulu aprelin 2-də tərk etməyə nail olub və Suriyaya keçib. Lakin əbu Səid deyib ki, Bağdadinin yaxalanması əməliyyatının dəqiq detalları barədə məlumat verə bilməz. BMT-nin Avropa təhlükəsizliyi və informasiya departamentinin rəhbəri, italyan diplomat Luçano Konzorti də Bağdadinin yaxalandığı haqda informasiya aldıqlarını təsdiqləyib. Lakin hələlik Rusiya və Suriya rəsmi qaynaqları bu məlumata şərh vermir.

Əgər Bağdadinin Rusiya kəşfiyyatı və Bəşər Əsədin xəfiyyələri tərəfindən yaxalandığı doğrudursa bu, Moskvanın İŞİD terroruna qarşı çox ciddi uğuru hesab oluna bilər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here