Rusiyaya sanksiyanı dəstəkləyirik, amma belə olmaz – İtaliya

0
313586

İtaliya Avropa Birliyinin antirusiya sanksiyalarını uzatmasını dəstəkləyir.

VOİCEPRESS xəbər verir ki, bunu “Vaşinqton Post” qəzetinə müsahibəsində İtaliya Baş naziri Paolo Centiloni söyləyib.

“Biz birliyimizi pozmayacağıq. Ehtiyac yaranacağı təqdirdə göstərəcəyik ki, biz zəif deyilik. Lakin unutmaq lazım deyil ki, iqtisadiyyatımız Rusiyaya qarşı sanksiyalar ucbatından ciddi zərərə məruz qalıb. Artıq Moskva ilə münasibətləri yoluna qoymaq lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, İtaliya bir müddət öncə Rusiyaya qarşı sanksiyaların ləğvini istəmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here