Serbiya Radikal Partiyasının lideri Vojislav Seselj, Krım və Sevastopolun Rusiyaya məxsus olduğunu deyib.
VOİCEPRESS “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, Seselj bu barədə “İzvestiya”ya müsahibəsində deyib. O, sanksiyaların Qərb üçün tam bir uğursuzluq olduğunu bildirib.
Seselj: “Sanksiyalar Rusiya iqtisadiyyatında kiçik təsir yaratsa da, Qərb ölkələrinə uzun müddət zərər verəcək” – deyib.
VOİCEPRESS.AZ