Rusiyanın əməkdar artisti Yelena Vorobey Ukraynaya buraxılmayıb

0
313612

Aktrisa bu addımını biabırçılıq adlandırıb
Rusiyanın əməkdar artisti Yelena Vorobey Ukraynaya buraxılmayıb.
VOİCEPRESS
xəbər verir ki, bu haqda əməkdar artist “Instagram” hesabında məlumat yayıb. O, bildirib ki, uzun müddət hava limanında gözləsə də, onun Ukraynaya daxil olmasına icazə verilməyib:

“Kiyevə buraxmadılar! Tamaşa baş tutmadı! 4 saat susuz saxladılar. Çox təəssüf edirəm ki, tamaşaya bilet alan kiyevlilər bu maraqlı komediyanın premyerasını izləyə bilmədilər”.

Bundan başqa Ukraynanın ölkəsinə qoyduğu bu qadağanı “biabırçı Berlin divarı və Fələstin-İsrail münasibəti” adlandırıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here