Rusiyalı ekspert: Fransa prezidentliyinə namizədlərin bəyanatları Azərbaycanla münasibətlərə mənfi təsir edə bilər

0
314437

Hazırda Fransa prezidentliyinə namizədlərin praktiki olaraq seçkilərin birinci turu ərəfəsində riskli bəyanatlar verdiyini və çox sayda seçicinin diqqətini özlərinə cəlb etməyə çalışdığını görmək olar.

VOİCEPRESS-in məlumatına görə, bunu “Sputnik” radiosunun efirində Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

O qeyd edib ki, məsələn, bu yaxınlarda prezidentliyə namizəd Marin Le Pen Dağlıq Qarabağın Ermənistanla birləşdirilməli olduğunu bəyan etmişdi:

“Məlum məsələdir ki, bu bəyanat Fransanın erməni icmasına hesablanıb. Lakin bu, ən yüksək posta seçilmək və sonradan Azərbaycanla münasibət qurmaq istəyən bir siyasətçi üçün kifayət qədər riskli bəyanatdır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here