Rusiyanın Pestovo şəhərində fərdi evdə yanğın baş verib.
VOİCEPRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 4 nəfər ölüb.
“Aprelin 2-si Pestovo şəhərində fərdi evlərin birində yanğın olub. Yanğın söndürüldükdən sonra hadisə yerində 4 nəfərin meyiti aşkar edilib”, – məlumatda deyilir.
Hazırda faktla bağlı araşdırma parılır.
VOİCEPRESS.AZ