Rusiyada FTX binasına silahlı basqın, ölənlər var

0
314685

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub. VOİCEPRESS-in “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, hadisə Xabarovsk vilayətində baş verib. Qurumun qəbul otağına edilən hücum nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Binaya daxil olan şəxs nəzarət buraxılış məntəqəsini keçərək, atəş açmağa başlayıb.

Ölənlərdən biri FTX-nin əməkdaşı, digəri isə həmin vaxt binada olan mülki şəxsdir. Ölən şəxsin adı açıqlanmasa da, onun MDB ölkələrindən birinin vətəndaşı olduğu bildirilib. Amma həmin ölkənin adı açıqlanmayıb.

Hücum edən şəxs zərərsizləşdirilib. Hazırda ərazidə əməliyyat tədbirləri həyata keçirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here