Rusiya Şimal Qütbündə hərbi baza tikdi

0
313861

Rusiyanın Müdafiə Nazirliyi Arktikada, Frans-İosif Torpağında “Arktika üçyarpaqlısı” (“Arktiçeskiy Trilistnik”) hərbi bazasını istifadəyə verib.

VOİCEPRESS nazirliyin saytına istinadən bildirir ki, baza Aleksandra adasındadır.

Xüsusi təyinatlı modul tikililərdən, idarəetmə məntəqələrindən, hərbi və xüsusi təyinatlı üçün qarajlardan, muxtar enerji blokundan ibarət baza 150 nəfər üçün nəzərdə tutulub. Bazada 18 aylıq yanacaq, enerji, ərzaq və hərbi sursat ehtiyatı var.

“Arktika üçyarpaqlısı” hazırda dünyada 80 dərəcə Şimal enliyində fəaliyyət göstərən yeganə kapital tikinti obyektidir.

Sahəsi 1130 km2 olan Aleksandra adasında 2-ci Dünya Müharibəsi illərində nasistlərin meteostansiyası və sualtı qayıqlar bazası vardı.

“Arktika üçyarpaqlısı”nın əsas vəzifələri Arktika dənizlərinin şelfinin, Şimal dəniz yolunun və Şimal-Qərb Keçidinin mühafizəsidir.

Kompleksin ümumi sahəsi 14 min m2-dən artıqdır.

Bazanın adı bu obyektin əsas tikilisinin Rusiyanın dövlət bayrağına boyanmış 5 mərtəbəli modulun üçyarpaqlı formasında olmasıdır.

Qış aylarında adada orta temperatur -52 dərəcədir.

Rusiyanın Müdafiə Nazirliyi Novosibirsk arxipelaqındakı Kotelnı adasında “Şimal üçyarpaq yoncası” bazasını istifadəyə vermişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here