Rusiya Qarabağın qarantı olacaq

0
314400

Rusiya xarici işlər nazirindən növbəti Qarabağ bəyanatı

Bakı və İrəvan vasitəçilərin köməyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə mövqelərində xeyli yaxınlaşma var.

VOİCEPRESS-in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması üzrə baza prinsiplərinin çoxu razılaşdırılıb.

“Regiona sülh və sakitliyin qayıtmasında, insanların həlak olmasının dayanmasında, sərhədlərin açılmasında, iqtisadi dövriyyənin bərpasında çox maraqlıyıq. Vasitəçi missiyamızı fərdi şəkildə, eyni zamanda ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ABŞ və Fransa ilə həyata keçiririk. Vasitəçilərin köməyi sayəsində münaqişə ətrafında mövcud olan mübahisəli məqamlarla bağlı tərəflərin mövqelərində yaxınlaşma olub”, – deyə Lavrov bildirib.

Bununla yanaşı Rusiya XİN başçısı qeyd edib ki, Azərbaycan və Ermənistan mövcud baza prinsiplərinin həyata keçirilmə ardıcıllığını fərqli görürlər.

“Burada bizim üzərimizə düşən bundan ibarətdir ki, balanlaşdırılmış siyasi qərarın verilməsi üçün tərəflərə kömək edək. Hesab edirik ki, Bakı və İrəvan siyasi iradə göstərə, qarşılıqlı güzəştlərə gedə biləcəklər. Bu, danışıqlar prosesindən nəticələr əldə etmək üçün vacibdir”, – deyə rusiyalı nazir bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesində irəliləyiş əldə olunmasının əsas şərtlərindən biri münaqişə zonasında gərginliyin azaldılması, həlli üçün güc metodlarına cəhd etməyin qarşısının alınmasıdır.

“Rusiya problemin həll edilməsi variantını dəstəkləməyə hazırdır. Rusiya digər həmsədr ölkələrlə münaqişənin nizamlanmasının qarantı kimi çıxış edəcək”, – deyə nazir bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here