Rusiya aviasiyası İdlibi bombaladı

0
314690

ABŞ-ın Suriya ordusunun aviabazasına endirdiyi zərbələrin ardından Rusiyaya məxsus hərbi təyyarələr İdlib şəhərini bombalayıb.

VOİCEPRESS xəbər verir ki, şəhərin Hayiş bölgəsinə endirilən hava zərbələri nəticəsində 8 dinc sakin ölüb, çox sayda yaralıların olduğu bildirilir.

Məlumata əsasən, hücuma məruz qalan bölgədə Hama şəhərindən gələn qaçqınlar məskunlaşıb.

Aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə isə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun aviabazasına 59 raket buraxılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here