Ronaldu 7 nömrəni seçmə səbəbini açıqladı

0
314108

“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 7 nömrəli formanı seçməsinin səbəbini açıqlayıb.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, Ronaldu 7 nömrəni seçməsini “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusonun məsləhət bildiyini deyib:

“Vaxtilə “Mançester Yunayted”də oynamış Corc Best, Erik Kantona, Devid Bekhem kimi oyunçular 7 nömrəli forma altında çıxış edib. Mən 28 nömrəli formanı geyinməyi düşünürdüm. Ancaq baş məşqçimiz Aleks Ferqyuson 7 nömrəli futbolkanı seçməyimi istədi. O, “bu formanı geyinmiş bütün futbolçuları yaxşı tanıyıram” dedi”.

Qeyd edək ki, Ronaldu 2009-cu ildə “Real”a transfer olunduqdan sonra bir müddət 9 nömrəli forma altında çıxış etsə də, Raulun klubdan ayrılmasından sonra burda da 7 nömrəli formanı seçib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here