İrəvanda kim Rusiyaya qarşı çıxarsa, məhv ediləcək- Millət vəkili

0
314630

Ermənistanda seçki deyil, seçki adı altında bir siyasi şou təşkil olunduğundan, bunu seçki adlandırmaq olmaz.
VOİCEPRESS xəbər verir ki, bunu gununsesi.info-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Ermənistanda hərbi cinayətkar xunta hakimiyyətdə olduğundan, bu cinayətkar dəstə güc yolu ilə növbəti dəfə hakimiyyətini əlində saxladı.
“Hesab edirəm ki, Ermənistanda baş verən bu hadisələrə beynəlxalq aləm ciddi reaksiya verməlidir. Çünki bu seçki deyil, bir şou oldu. Bu şounun nəticəsində cinayətkar dəstə hakimiyyətini qoruyub saxladı”- deyə, millət vəkili vurğulayıb.
A.Mollzadə əlavə edib ki, İrəvandakı bu cinayətkar dəstə özünə yaxın siyasi qüvvələrlə birgə hakimiyyəti bölüşməyə qərar verib:
“Ona görə də ölkədə hansısa dəyişikliyin olacağını gözləmirəm”.
Rusiyanın Ermənistandakı cinayətkar dəstəyə dəstək verməsinə gəldikdə isə millət vəkili deyib ki, Ermənistan Rusiyanın hərbi forpostu olduğundan, burada hər hansı digər fikir ola bilməz və yoxdur da…
“Ermənistan müstəqil ölkə deyil. O baxımdan, hər hansı başqa bir nəticə gözləməyə də dəyməz. Kimsə bu mövqeyə və ya Rusiyaya qarşı çıxarsa o, məhv ediləcək”- deyə, millət vəkili bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here