Respublika Veteranlar Təşkilatı millət vəkili Q.Paşayevanı medalla təltif edib

0
313999

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov medalın təqdimatı zamanı bildirilib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında ölkəmizin tanınması, təbliği, Qarabağ həqiqətlərinin daha da geniş yayılması, gənclər arasında vətənpərvərlik duyğularının daha da artması istiqamətində gördüyü işlər və həyata keçirdiyi layihələrə görə bu medalla təltif olunub.
VOİCEPRESS
xəbər verir ki, millət vəkili Qənirə Paşayeva medalı alan zaman ilk öncə dövlətimizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan və onun daha da inkişafı üçün hər bir vətəndaşımızın üzərinə düşən vəzifələr barədə söhbət açıb və bildirib ki dünyada müstəqil dövlətdən gözəl və önəmli heç nə ola bilməz. Bütün insanlarımıza dövlətimizin daha da inkişafı istiqamətində fəaliyyətlərində uğurlar diləyirəm, Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm deyən millət vəkili Q. Paşayeva çıxışında Azərbaycanın ən böyük problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, işğal altındakı torpaqlarımızın azadlığı üçün çalışmalıdır. “Bilirəm ki, buradakı hər bir insanın arzusunu indi dilə gətirəcəm, İnşallah, gələn bu cür tədbirlərimizi Ali Baş Komandanımızın rəhbərliyui altında işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə də keçirə bilək. Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda bir daha Tespublika Veteranlar Təşkilatına onu bu medala layiq gördükləri üçün təşəkkür edib, “çalışacam ki, bu etimadı hər zaman doğruldum deyib və təşkilata gördükləri böyük işlərdə uğurlar diləyib və biz də hər zaman həyata keçirdiyini gözəl işlərdə yanınızdayıq” deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here