Rasim Musabəyov: “Fransanın Ermənistanı dəstəkləməsi bizim üçün sirr deyil”

0
306985

Onsuz da Azərbaycanda Ermənistan-Azərbaycan münaqişəsində fransanın vasitəçiliyinin obyektivliyinə heç kim inanmır.

Azərbaycanın ərazi bütövlüyü əleyhinə çıxış edən Fransa prezidentliyə namizədlər Fransua Fiyon və Marin Le Penin qalmaqallı müsahibələrini şərh edən millət vəkili Rasim Musabəyov VOİCEPRESS-ə açıqlamasında bildirib ki, Fransız seçicilərinin təxminən yarım milyon nəfəri erməni köklü fransızlardır: “Məhz onların dəstəyini almaq üçün onlar bu bəyanatları verirlər. Lakin prezident seçkiləri olmasa belə Fransa da həm sağ, həm də sol sosialistlər arasında Ermənistanı dəstəkləyənlər çoxluq təşkil edir. Buna görə də prezident seçkilərində kimin qalib gələcəyindən asılı olmayaraq biz ATƏT-in Minsk qrupunda fransızların obyektiv olacaqlarına etimad etməməliyik.
Təsadüfi deyil ki, dördgünlük aprel döyüşlərdən sonra Serj Sarkisyan və Edvard Nalbandyan Parisə fransızlardan dəstək almaq üçün getdilər. Müəyyən dərəcədə də onlar bu dəstəyi aldılar. Onsuz da Azərbaycanda heç kim Ermənistan-Azərbaycan münaqişəsində fransanın vasitəçiliyinin obyektivliyinə heç kim inanmır. Azərbaycan və Fransa arasında iqtisadi və mədəni əlaqələrin inkişafına baxmayaraq onlar açıq-aşkar bədxah qonşularımızı dəstəkləyir. Nə etmək olar, müasir beynəlxalq münasibətlər ikiüzlülük və ikili standartlar üzərində qurulub. Elə buna görə də Fransada seçkiqabağı mübarizə zamanı deyilən bu kimi sözlərə xüsusi əhəmiyyət vermək lazım deyil, lakin bu sözləri unutmaq da olmaz!”

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here