Qran-pridə ikinci gün: 3 idmançımız tatamiyə çıxır

0
314354

Bu gün cüdo üzrə Antalya Qran-prisi davam edəcək.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, dünən 1 bürünc medal qazanan komandamız yarışın ikinci günündə 3 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində bir çəki dərəcəsində 2 həmyerlimiz, qadınların yarışında isə 1 idmançımız tatami üzərinə çıxacaq.

Kişilər
73 kq

Bu çəki dərəcəsində çıxış edən Hüseyn Rəhimli mübarizəyə 1/16 final mərhələsindən start verəcək. Onun ilk rəqibi Cənubi Koreyanın təmsilçisi Hyunsu Park olacaq.

Bu çəkidəki digər idmançımız Hidayət Heydərov isə yarışa 1/8 final mərhələsindən başlayacaq. Böyük perspektiv vəd edən Heydərov cənubi koreyalı En-Sonq Çoi ilə rusiyalı Laşa Lomidzenin döyüşünün qalibi ilə üz-üzə gələcək.

Qadınlar
63 kq

Gülsədəf Kərimovanın ilk döyüşü 1/8 finala təsadüf edəcək. O, bu mərhələdə rusiyalı Olqa Kruikova ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışa 13 cüdoçu ilə qatılan komandamız Qran-prinin son günündə daha 3 idmançı ilə təmsil olunacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here