Qoşunlar Dağıstanda tətil edən “dalnoboyşik”ləri mühasirəyə aldı – VİDEO

0
314137

Dağıstanın Manas qəsəbəsi yaxınlığında “Platon” sisteminə qarşı etiraz edən sürücülərin genişmiqyaslı tətili keçirilir. Polislər və ordu hissələri aksiyada iştirak edən sürücüləri mühasirəyə alıblar. Manas-Mahaçqala avtomobil yolu güc strukturları tərəfindən bağlanıb.

VOİCEPRESS bildirir ki, bu barədə Rusiya Daşıyıcılar Birliyinin üzvləri məlumat veriblər. Onların sözlərinə görə, polislər etiraz edənləri mühasirəyə alıblar, sürücülərin mobil rabitəsi bloklanıb.

“Kavkazskiy uzel” aksiya iştirakçılarına istinadən yazır ki, bu gün onlar tərəfindən Mahaçqalaya qədər planlaşdırılmış avtomobil yürüşü təhdidə məruz qalıb.

“Exo Moskvı v Peterburqe” radiostansiyasının jurnalisti Arseniy Vesnin öz “YouTube” kanalında polislərin sürücüləri necə əhatəyə almasını əks etdirən video-görüntü paylaşıb.

Daşıyıcıların Peterburqdakı koordinatoru Anatoliy Şilov bildirib ki, qoşunlar etiraz edənləri yol boyunca düzülmüş texnika ilə mühasirəyə alıblar. Hərbçilər artıq bir neçə saatdır ki, əraziyə heç kimi buraxmırlar.

“Həmin ərazidə hüquq-mühafizə orqanlarının təxminən 200 əməkdaşı, Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri var. Bizim yolumuzu kəsiblər və təxminən dörd saata yaxındır ki, burada hərəkətsiz qalmışıq. Hərbi qüvvələr qalxanlarla silahlanıb və maskalıdırlar”, – deyə fəallardan biri bildirib.

Qeyd edək ki, Rusiya ərazisində “Platon” sistemi tətbiq olunmağa başlayıb. Sürücülər də bu sistemə etiraz edirlər. “Platon” sistemi ilə maksimum kütləsi 12 tondan çox olan yük maşınlarından ödənişlər alınması nəzərdə tutulur.

Onu da xatırladaq, daha əvvəl Azərbaycandan onlarla sürücü tətil edənləribn hücumuna məruz qalmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here