VOİCEPRESS xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Aprel zəfəri qəhrəmanlarından Sumqayıtda Əbdülməcid Axundov və Seymur Baxışovun anım mərasimində iştirak edib. Şəhidlərin ruhuna dualar oxuyub, yaxınlarına səbr diləyib. Millət vəkili çıxışında qeyd edib ki, onlar hamımız üçün örnəkdirlər və onları hər zaman sevgi ilə anacağıq. Şəhidlərin ailələrinə səbr diləyən Qənirə Paşayeva hər zaman onların yanında olduqlarını vurğulayıb.
VOİCEPRESS.AZ