Qəhrəman Aprel şəhidləri…- VİDEO

0
314791

Azərbaycan və Ermənistan arasında baş verən, aprel döyüşləri kimi tarixə düşmüş atəşkəs dövrünün ən iri miqyaslı hərbi toqquşmasından 1 il ötür.

Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısını almaq məqsədiylə Azərbaycan ordusu ötən il aprel ayının 2 də cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçir.

Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad olunmasını tam başa çatdırır. Tərtər rayonunun Talış kəndi ərazisindəki adsız yüksəkliklərə nəzarətin Azərbaycana keçməsi isə Goranboyun Tap-Qaraqoyunlu kəndini atəş məsafəsindən uzaqlaşdırır. Əməliyyatlar zamanı Ermənistan tərəfi 320 nəfərədək döyüşçüsünü itirir. 500 nəfər döyüşçüsü isə yaralanır. Qarşı tərəfin 30 tankı, 15 dək artilleriya qurğusu da məhv edilir.

Aprel döyüşlərində Azərbaycan ordusu da şəhidlər verib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

VOİCEPRESS
vətən uğrunda canlarından keçən qəhrəman övladlardan bəhs edən videosujeti təqdim edir:

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here