“”Qarabağ”ı udsaydıq, mənə dahi deyəcəkdilər”

0
313904

Azərbaycan Kubokunun cavab yarımfinal qarşılaşması çərçivəsində “Qarabağ” “Neftçi” ilə 0:0 hesablı heç-heçə edib. İlk oyunda 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi finalda “Qəbələ”yə rəqib olub.
VOİCEPRESS
xəbər verir ki, oyundan sonra “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– “Qarabağ”ı təbrik edirəm. Finalda hər iki komandaya uğurlar arzu edirəm. Bu gün çox gözəl oynadıq. Təəssüf ki, ilk oyunda yaxşı oynamamışdıq. Birinci matçda da belə oynasaydıq, hər şey fərqli olardı.

– Qış fasiləsindən sonra həm kubokda, həm də çempionatda şanslarınız itib…

– Kubok əldən getdi. Amma çempionatda şanslarımız davam edir. Mən “Neftçi”yə gələndə söz verməmişdim ki, Avroliqaya vəsiqə qazanacağıq. Söz vermişdim ki, çətin vəziyyətdən komandanı çıxaracam və bunu da bacardım. Tahir Süleymanov deyir ki, “Neftçi” 15 transfer edib. Biz 15 transfer etməmişik. Gedən futbolçuları əvəzləmişik. Bizim ən böyük problemimiz odur ki, əsas rəqiblərimizə uduzub, güclü komandaları udmuşuq. Hələ şanslarımız davam edir. Komandada inkişaf var. Özünüz də gördüz ki, gözəl oyun oynadıq. Sadəcə, stabillik çatışmır.

– Yeni transferlərinizdən bəziləri icarədədir. Onların taleyi necə olacaq?

– Gətirdiyinmiz futbolçular hamısı səviyyəlidir. Vançe Şikovun aldığı maaşı indi 3 futbolçuya veririk. Əvvəl Flavinyo, Vobay ilinə 800 min maaş alırdı. İndi büdcəmiz elə deyil.

– Qeyd etdiniz ki, büdcəmioz azdı. Amma “Zirə”nin, “Sumqayıt”ın da büdcəsi sizdən azdı. Azarkeşlər də sizi istefaya səsləyir. Düşünmürsüz ki, sizin işiniz fiaskoya uğradı?

– Forza “Neftçi”ni azarkeş saymıram. Çünki fan-klub özünü elə aparmır. Komandanı sevən azarkeş 60-cı dəqiqədə istefa qışqırmaz. Onlar gəlib stadionda xuliqanlıq edir. Futbolçuları söyən azarkeşi mən əsl azarkeş saymıram. Onlardan qorxmuram. Hər kəsə fikirlərimi başa sala bilərəm.

– Mətbuatda Kamran Ağayevin “Neftçi” ilə razılıq əldə etdiyi barədə məlumatlar var. Kamran hazırda sizin düşərgədədir?

– Kamran hazırda “Boavişta”nı futbolçusudur. Hər bir məşqçi istəyər ki, komandasında güclü qapıçı olsun. Amma hələ belə bir planımız yoxdu. O, bizim düşərgədə deyil.

– Sizə qələbə lazım idi. Olmazdı ki, 2 hücumçu ilə oynayasız?

– Oyunun statistikasına baxın. Biz üstün oynadıq. Siz azarkeş gözü ilə baxırsız. Yaxşı oynadıq. Sadəcə qol çatışmadı. Bizdə ağıllı adam çoxdu. Hamı tənqid etməyi xoşlayır. Legioner limitinə görə Daniel Seqovianı meydandan çıxardım. Mən də istəyərdim 2 hücumçu ilə oynayaq. Amma limit buna imkan vermir.

– Ötən oyundan sonra da demişdiz ki, “Neftçi”ni sevməyənlər var. Bu gün də azarkeşlərə xuliqan deyirsiz. Xalq komandasının belə vəziyyətə düşməyinin səbəbi nədi?

– O azarkeşləri istiqamətləndirənlər var. 15-16 yaşlı gənclərdi. Mən istəməzdim ki, gənclərimiz futbola belə yanaşsın. Onlar bilmirlər istefa nədir. “Qəbələ”ni udanda məni tərifləyirdilər. Amma bu gün tənqid edirlər, futbol biliyimin olmadığını deyirlər. Bir oyundan bir fikirlərini dəyişirlər. Əgər bu gün “Qarabağ”ı udsaydıq, mənə yenə dahi deyəcəkdilər.

– Demişdiniz ki, ilk üçlükdəki komandalardan başqa digər komandalardan xal alacağıq. Əgər almasaq, məşqçolik kateqoriyamı cıracam…

– Mən elə söz demişəm? “Qarabağ”la ilk oyundan sonra da yazırdılar ki, mən cavab oyununda 3:0 udacağımızı demişəm. Belə söz deməmişəm. Sadəcə, komandama ürək-dirək verirdim. Mən günahkar deyiləm. Öz yolumla gedirəm. Özünüz görəcəksiz. Məni tələsdirən yoxdu. Özüm də tələsmirəm. Əgər mənim qarşıma Avroliqaya getmək tələbi qoysaydılar, ola bilər ki, qəbul etməzdim.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here