Qarabağı Ermənistana vermək istəyən prezident?

0
314305

Fransız namizəd Azərbaycanın əleyhinə bəyanat verib

Fransada prezidentliyə namizəd Mari Le Pen Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanat verib.

VOİCEPRESS-in məlumatına görə, Nouvelles d’Armenie nəşrinə müsahibə verən Mari Le Pen bildirib ki, münaqişənin həll olunması üçün Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir.

“SSRİ-nin dağılmasından sonra beynəlxalq sərhədlər özbaşına oldu. Əks təqdirdə Bakı və İrəvan arasında Dağlıq Qarabağın Ermənistanın tərkibində qalması ilə bağlı razılıq olardı. Fransa Yaxın Şərqdə xristianların müdafiəsi liderliyi ələ almalıdır”, deyə o bildirib.

Mari Le Pen onu da bəyan edib ki, o, 1915-ci ildə “soyqırım”da ölən ermənilərin xatirəsini yad etməyə davam edəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here