Qapıçının bu səhvi ilə “Beşiktaş” çökdü – VİDEO

0
314695

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunların yekun vurulub. VOİCEPRESS-in məlumatına görə, azarkeşlərin meydana daxil olmaları üzündən 45 dəqiqə gec başlayan görüşdə Fransanın “Lion” və Türkiyənin “Beşiktaş” komandaları üz-üzə gəlib.

Matçda qonaqlar hesabda önə çıxsalar da, son dəqiqələrdə 2 dəqiqə ərzində 2 qol buraxıblar. Nəticədə “qartallar” qələbəni əldən verərək, məğlubiyyətlə üzləşiblər.

Gecənin digər görüşlərində isə Belçika təmsilçilərindən “Anderlext” evdə İngiltərə “Mançester Yunayted”inə məğlubiyyətdən qurtulmağı bacarıb – 1:1. “Genk” İspaniyada “Selta”ya minimal fərqlə uduzub – 2:3. Hollandiyada isə “Ayaks” Almaniyanın “Şalke 04” komandası üzərində inamlı qələbə qazanıb – 2:0. Cavab görüşləri aprelin 20-də keçiriləcək.

13 aprel

“Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə) 0:1 (İkinci hissə)
Qol: Babel, 15
Baş hakim: Metyu Lahoz (İspaniya)
Lion. “Park Olimpik Lion” stadionu

“Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə) 1:1
Qollar: Mxitaryan, 37 (0:1), Dendonker, 86 (1:1)
Baş hakim: Feliks Brix (Almaniya)
Anderlext. “Konstant Vanden Stok” stadionu

“Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya) – 2:0
Qollar: Kllaassen, 23-pen; 53
hakim: Sergey Karasyov (Rusiya)
Amsterdam. “Amsterdam Arena”

“Selta” (İspaniya) – “Genk” (Belçika) – 3:2
Qollar: Boetius, 10 (0:1), Sisto, 15 (1:1), Aspas, 18 (2:1), Quidetti, 38 (3:1), Buffel, 67 (3:2)
Baş hakim: Klemen Turpin (Fransa)
Viqo. “Estadio de Balaydos”


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here