Prezident nəvəsi ilə birgə vaxt keçirir
Nəvələri ilə vaxt keçirməyi xoşlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çəkilən son fotoşəkli sosial mediada ciddi marağa səbəb olub.
VOİCEPRESS-in Türkiyənin “Karar” qəzetinə istinadən verdiyi xəbərə görə, Şəkildə prezident Ərdoğanın nəvəsi Ahmet Akif Albayraka Quran-ı Kərim öyrətdiyi əksini tapıb. Dövlət başçısının əynindəki sadə ev köynəyi xüsusilə diqqət çəkib.
Qeyd edək ki, Ahmet Akif Albayrak Ərdoğanın qızı Əsra ilə kürəkəni Berat Albayrak cütlüyünün övladıdır.
VOİCEPRESS.AZ