Sosial şəbəkələrdə yayılmış xəbərə görə, bu gecə Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanalardan birində ötən gün metroda törədilmiş terror aktı nəticəsində yaralanmış azərbaycanlı qız dünyasını dəyişib. VOİCEPRESS-in məlumatına görə, bu barədə moscow-baku.ru saytı yazıb.
21 yaşlı Dilbər Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib. O, ağır vəziyyətdə yaralı olub.
21 yaşlı Dilbər Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib. O, ağır vəziyyətdə yaralı olub.
Qeyd edək ki, Sankt-Peterburq şəhərində metronun “Sennaya Ploşad” stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində ilkin məlumata görə, 11 nəfər ölüb, 51 nəfər xəsarət alıb.
VOİCEPRESS.AZ