Peskov Putin və Trampın görüşü barədə məlumatı təkzib edib

27 Aprel, 08:38

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov may ayında Vladimir Putin və Donald Tramp arasında ilk görüşün keçiriləcəyi barədə məlumatı təkzib edib.

VOİCEPRESS
bu barədə “TASS”a istinadən xəbər verir.

Bu görüşün may ayında keçirilə bilməsi və ona hazırlıqların görülməsi barədə suala cavab olaraq Peskov deyib ki: “Hələ heç nə yoxdur”.

Qeyd edək ki, bundan əvvəl “Kommersant” qəzeti iki ölkənin dövlət strukturlarındakı mənbələrə istinadən may ayının sonunda Avropa ölkələrindən birində Rusiya və ABŞ prezidentləri arasında görüşün keçiriləcəyi barədə məlumat yayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here