Paytaxtda yaşayış binasında YANĞIN: ölən var

0
314065

Paytaxtda yanğın olub, ölən var.

VOİCEPRESS FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1945-ci il təvəllüdlü Aslanov Əkbər Adil oğlunun cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here