Pakistanda terror aktı: 22 ölü

0
314363

Pakistanda terror aktı törədilib

Pakistan Azərbaycan Media Forumunun VOİCEPRESS-ə verdiyi xəbərə görə, Pakistanın şimali-qərbində baş verən terror aktı 22 nəfərin həyatına son qoyub.
Pakistanın Paraçinar şəhərində şiə məscidlərinin birində partlayış baş verib. Pakistan mətbuatının xəbərinə əsasən minimum 70 nəfər xəsarət alıb.
Terrorçu qruplaşmalardan heç biri partlayışa görə məsuliyyəti boynuna götürməyib. Paraçinar şəhəri Əfqanıstan sərhədinə yaxın ərazidə yerləşir.
Paraçinardan Kabula 100 km məsafə var.
Qeyd edək ki, ötən ay da Paraçinar bazarında baş verən terror aktında 20 nəfər həlak olmuşdu.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here