Ohanyan “İqla” əməliyyatına görə dindiriləcək

4 Aprel, 12:26

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın müxalif “ORO” ittifaqında iştirakı, hakimiyyətin təhdidlərinə baxmayaraq namizədliyini geri götürməməsi onun işini çətinləşdirib.

VOİCEPRESS erməni KİV-nə istinadən xəbər verir ki, Ohanyanın tezliklə Samvel Babayanın “İqla” əməliyyatı ilə bağlı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə çağırılacağı gözlənilir.

Məlumatlara görə, seçkiyə qədər Seyran Ohanyanın dindirilməsi planlaşdırılsa da, bu proses daha sonra təxirə salınıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here