Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri başa çatıb

0
314464

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 3-də başa çatıb.

VOİCEPRESS xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here