Novruz Məmmədov: “Xarici siyasətin çevikliyi Azərbaycanı Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb”

0
314348

Xarici siyasətin çevikliyi Azərbaycanı Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb.
VOİCEPRESS xəbər verir ki, bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd olunur.

N.Məmmədov bildirib: “Azərbaycan, demək olar ki, bütün beynəlxalq qurumlarda intensiv fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində dünyada Azərbaycanın dövlət kimi müsbət obrazı formalaşıb və bu təsəvvür artıq oturuşub. Hesab etmək olar ki, bu, Azərbaycanın xarici siyasətinin ən sanballı uğurlarından biridir. Xarici siyasətin çevikliyi Azərbaycanı ötən müddət ərzində Cənubi Qafqazın lider dövləti səviyyəsinə qaldırıb”.

PA rəhbərinin müavini qeyd edib ki, ölkə 20 ildən bir qədər artıq müddətdə enerji sahəsində beynəlxalq əhəmiyyətli iki layihənin təməlini qoyub, regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib: “Azərbaycan perspektivli iqtisadi əməkdaşlığın, multikulturalizmin, mədəniyyətlərarası və dinlərarası dialoqun sivil modelini təklif edən dövlət kimi qəbul edilir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here