“Niyə mənim bankda nə qədər pulumun olduğunu Palata bilməlidir?”

0
314557

Deputat Qüdrət Həsənquliyev parlamentdə “Banklar haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bankların müştərilərininin sirlərinin açılmasına etiraz edib. VOİCEPRESS xəbər verir ki, o, eyni zamanda, bu sirləri açacaq səlahiyyətlərin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini kəskin pisləyib.

“Mənim bankda nə qədər pulum varsa, niyə bunu Palata bilməli və kimlərəsə deməlidir? Əgər şübhələr olarsa, bunu hüquq-mühafizə orqanları araşdıra bilər. Burada bank sirləri qorunmalıdır. Belə olarsa, hamı pullarını aparıb İsveçrə banklarında saxlayacaq. Prezident isə çıxışında vurğulayır ki, hər kəs əmanətlərini ölkə banklarında saxlamalıdır. Ancaq Palataya verilən səlahiyyət bunun əksini deyir”.

Deputat həmçinin çıxışında məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətlərinin də Palataya verilməsinə də etiraz edib. “Bununla nə etmək istəyirik?”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here