Nikita İsayev: “Ermənistan siyasi hakimiyyəti yavaş-yavaş işə düşən bomba kimidir”

0
314260

Ermənistandakı seçkiqabağı vəziyyət hər kəsi narahat edir. Çoxu bunun əsl seçki yox, Sarkisyanın və hakim partiyanın hakimiyyətini qorumağa yönəlmiş demokratiyadan uzaq oyun olduğunun fərqindədir. VOİCEPRESS-in məlumatına görə, bunu “Vestnik Kafqaza”ya açıqlamasında Aktual İqtisadiyyat institutunun direktoru Nikita İsayev deyib.

Ermənistandakı hazırkı seçkiqabağı vəziyyəti demokratik seçki kampaniyası planında heç də nümunəvi adlandırmaq olmaz. Seçki kampaniyası açıq-aşkar qanunsuzluqlarla doludur. Onun sözlərinə görə, artıq Ermənistanın gələcək parlamentinin legitimliyi şübhə altına alınıb.

N.İsayev seçki kampaniyasında Qarabağ məsələsindən də istifadə edilməsindən narahatdır. “Serj Sarkisyanın baza mövqeyi var. Məncə o, münaqişənin gərginləşməsində maraqlıdır. Onun yaxın günlərdə verdiyi “İsgəndər”lərlə bağlı bəyanatı Qarabağ kartından istifadə etməklə ermənilər qarşısında əlavə siyasi xal qazanmaq üçün gərginliyi artırmaq səylərindən biridir. Qarabağ faktoru Ermənistandakı siyasi proseslərdə prinsipial rol oynamaqda davam edir”.

O, hesab edir ki, Ermənistan siyasi hakimiyyəti yavaş-yavaş işə düşən bomba kimidir.

Direktor deyir ki, keçmiş prezident Levon Ter-Petrosyanın Avropa tipli “Eməni milli konqresi” partiyası var və onlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İrəvanın mövqeyinin dəyişməsinə çağırış edirlər. Lakin onlar da erməni cəmiyyətində aşağıreytinqli kimi qəbul edilirlər. “Əminəm ki, parlament seçkisində onların mövqeyi seçicilər arasında dəstək tapmayacaq”.

Xatırladaq ki, sabah Ermənistanda parlament seçkiləri keçiriləcək. Səsvermə aprelin 2-də yerli vaxtla saat 08.00-da başlayacaq.

2015-ci ilin dekabrında qəbul edilən Konstitusiyaya dəyişikliklər Ermənistanın yarı prezident üsul-idarəsindən parlament üsul idarəsinə keçidini nəzərdə tutur. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here