Nigeriyada epidemiya: 438 ÖLÜ

0
313743

Nigeriyada meningit epidemiyası 438 nəfərin həyatına son qoyub.

VOİCEPRESS bildirir ki, bu barədə Qərbi Afrika ölkəsinin Xəstəlik Nəzarəti Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, son 1 həftə ərzində daha 102 nəfər xəstəlikdən dünyasını dəyişib. Bununla da epidemiya qurbanlarının sayı 438 nəfərə çatıb.

Rəsmi məlumata əsasən ölkədə ümumilikdə 3 min 959 nəfər epidemiyaya yoluxub. Mərkəz vətəndaşlara müraciət edərək epidemiya ilə mübarizə çərçivəsində xəstəxanalara getməyi, tibbi yoxlamadan keçməyi xahiş edib.

Qeyd edək ki, 2015-ci ildə Nigeriyada meningitdən 131 ölüm hadisəsi qeydə alınıb. Lakin 2016-cı ildə bu rəqəm 33-ə düşüb. Ölkə rəsmiləri xəstəlikdən qorunmanın mümkün olduğunu bildirirlər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here