Nigerdə 57 “Boko Haram”çı məhv edilib

0
313694

Niger təhlükəsizlik qurumları “Boko Haram” terror qruplaşmasının 57 üzvünü məhv ediblər.

VOİCEPRESS bildirir ki, təhlükəsizlik qurumlarının üzvləri 1 “Toyota” avtomobili, 1 minaatan, 2 qumbaraatan, 5 pulemyot, 20 AK-47 və döyüş sursatları ələ keçiriblər.

Qeyd edək ki, daha əvvəl “Boko Haram” terror qruplaşmasının üzvləri Diffa kəndinə hücum ediblər. Hücum nəticəsində 15 hərbçi və 2 dinc sakin həlak olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here