Nə yaxşı ki, dünyaya gəldin, Əlican

0
314583

Nə yaxşı ki, dünyaya gəldin, Əlican (ə)…

Ey mübarək mövludu ilə Kəbə divarını yaran kəs, mövludun mübarək olsun! Sən o kəssən ki, bu dünyaya sənin tayın-bərabərin bir də gəlməz. Sən o kəssən ki, adın insanlığa möhürdür! Sən o kəssən ki, təkcə adın bəsdir səni təsvir etmək üçün. Sən Əlisən (ə), Əli (ə)!
Həyatın bütün sahələrində Əli (ə) olmusan!
Bu gün sənin mübarək mövlud günündür. Bircə onu deyirəm ki, nə yaxşı ki, sən bu dünyaya gəlmisən. Nə yaxşı ki, dünya Əlidən (ə) məhrum olmayıb. Nə yaxşı ki, sənin gəlişinlə bu dünyada elə bir nur yaranıb ki, o nur Qiyamətəcən sönən deyil. O nur əbədi həyatın ölçü vahididir. O nur əbədiyyətin necəliyini müəyyən edir. Ya Əli (ə), nə yaxşı ki, sən bu dünyaya gəlmisən. Dünya Əlini (ə) görüb!
Hamı dünyaya vurğundur, dünya isə sənə vurğundur Əlican (ə)! Bu dünyaya bir də Əli (ə) gəlməz. Sən öz gəlişinlə dünyaya şərəf verdin, Əlican (ə). Nə yaxşı dünyaya gəldin, Əlican (ə)! Bizə zinət verdin.
Bir din ki, onun Əlisi (ə) olmaya, necə kamil olardı? Nə yaxşı sən dünyaya gəldin, Əlican (ə).
Üstündə gəzdiyin torpaq da sevindi, daş da sevindi. Nə yaxşı sən dünyaya gəldin, Əlican (ə).
Axirət dünya ilə müqayisədə həmişə üstündür. Amma sənin mövludun, doğuluşun bu dünyaya fəxr gətirdi, üzüağlıq gətirdi, Əlican (ə).
Sən, səni tanıyan hər kəs üçün, cahanda mövcud olan hər bir varlıq üçün üzüağlıqsan, fəxrsən, şərafətsən. Öz gəlişinlə bu dünyanı şərafətli etdin, Əlican (ə). Nə yaxşı ki, sən gəldin Əlican (ə).
Nə yaxşı ki, səni tanımaq ləyaqətini Allah bizə nəsib elədi. Bu boz, yeknəsək, bəzən bezdirici olan dünyada nə yaxşı ki, Əli (ə) işığı var. Həyatın bütün keşməkeşlərinə baxmayaraq, təkcə Əli (ə) tanımaq şərafəti hər şeyə dəyər. Təkcə Əlini (ə) tanımaq üçün yaşamağa dəyər.
Səni heç bir xüsusiyyətinlə təsvir etməyəcəm. Bircə adın kifayətdir – Əli (ə)! Bu adın arxasında nələr var, İlahi! Təkcə bir ad nə qədər böyük mətləblərin ünvanıdır, təkcə bir ad nələrə qadirdir!
Bir Əli (ə) adında dünyanın və axirətin mahiyyəti cəmlənib. Bir Əli (ə) adında dünya və axirətin necəliyi cəmlənib. Əli (ə) – haqqın ölçüsüdür, mizanıdır. Əli (ə) – haqla batil arasındakı tərəzidir.
Mövludun mübarək olsun, Əlican (ə)! Nə yaxşı dünyaya gəldin… Nə yaxşı bu dünyanı zinətləndirdin, nə yaxşı gəldin, nə yaxşı varsan həyatımızda. Sənin eşqin – daim coşan dənizdir, sənin eşqin olan qəlb həmişə diridir, səni sevən kimsə bəxtəvərdir.
Ey bəxtəvərlik yayan kəs, nə yaxşı dünyaya gəldin! Ey əziz! Ey o kəs ki, eşqin damarlarımızda, qanımızda cövlan edir, ey o kəs ki, eşqi qəlblərimizi hərarətə gətirir, mövludun mübarək olsun!
Nə yaxşı ki, dünyaya gəldin, Əlican (ə)…(islam.az)

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here