Nazir: “SOCAR Gürcüstanı fasiləsiz qazla təmin edir”

14 Aprel, 09:49

Gürcüstan hökuməti ilə imzalanmış memorandum çərçivəsində Azərbaycanın “SOCAR” dövlət neft şirkəti Gürcüstanın sosial sektorunda fasiləsiz qaz təminatını tam şəkildə həyata keçirir.
VOİCEPRESS xəbər verir ki, bunu özəl olaraq trend-ə müsahibəsində Gürscüstanın energetika naziri Kaxa Kaladze deyib.

Gürcüstanlı nazir bildirib: “Azərbaycan iki boru kəməri vasitəsilə Gürcüstanın tələbatını, demək olar ki, tam təmin edir. Bu qaz boruları ilə Azərbaycan Gürcüstana sutkada təxminən 10,5-11,5 milyon kubmetr qaz tədarük edir. “Şah Dəniz-2″ layihəsi çərçivsəidnə bu həcmin daha da artacağı gözlənilir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here