Nazir: “Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin artırılmasına əhəmiyyətli dərəcədə kömək göstərir”

0
314553

VOİCEPRESS trendə istinadən Gürcüstanın baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzenin müsahibəsini təqdim edir:

Azərbaycan və Gürcüstan arasında qaz tədarükü sahəsində əməkdaşlıq

Gürcüstan SOCAR-ın bu ölkənin enerji sektorunda iştirakını alqışlayır. SOCAR Gürcüstan hökuməti ilə imzalanmış memorandum və Gürcüstan neft-qaz korporasiyası ilə imzalanmış sazişlər əsasında Gürcüstanın sosial sektorunun fasiləsiz və etibarlı qaz təchizatını təmin edir. Bu amil Gürcüstanın enerji təhlükəsizliyinin artırılmasına əhəmiyyətli dərəcədə kömək edir. Azərbaycan bir sıra qaz yataqlarından əldə olunan qaz tədarükü sayəsində Gürcüstanın ümumi qaz tələbatını demək olar ki, təmin edir. Hazırda bu yataqlardan Gürcüstana orta sutkalıq qaz tədarükü 11,2 milyon kubmetrə yaxındır. Bu göstəricinin 2017-ci ilin dördüncü rübündə daha da artacağı gözlənilir.

Gürcüstanda yeraltı qaz anbarının tikintisi layihəsi

Yeraltı qaz anbarının tikintisi layihəsinin məqsədi ilk növbədə Gürcüstanın enerji təhlükəsizliyinin güclənməsinə imkan verən və istehlakçıların fövqəladə vəziyyətlərdə təbii qazla təchizatını təmin edən strateji infrastrukturun yaradılmasıdır. Yeraltı qaz anbarından gücü kommersiya məqsədləri ilə də istifadə olunacaq.

Gürcüstan tərəfi bu layihəni müzakirə etməyə və layihə çəçivəsində SOCAR-la əməkdaşlıq etməyə hazırdır.

Gürcüstanın neft-qaz korporasiyasının özəlləşdirilməsi

“Gürcüstan Neft-Qaz Korporasiyası” Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi məsələsi daha əvvəl nəzərdən keçirilib, lakin konkret bir qərar qəbul olunmayıb. Bu prosesdə SOCAR-ın marağı müzakirə edilməyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here