Moskvada 18 nəfəri öldürən erməni Yerevana verilir

0
313661

Rusiyada çəkən Ermənistan vətəndaşı Qraçya Arutunyan vətəninə ekstradisiya olunacaq.

VOİCEPRESS Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə nazirinin müavini Viqen Koçaryan məlumat verib.
Onun sözlərinə görə, ekstradisiya məsələsinə mane olan maliyyə problem artıq həll olunub.

Qraçya Arutunyan 2013-cü ildə Podolsk şəhərində idarə etdiyi yük maşını ilə sərnişin avtobusuna çırpılmışdı. Hadisə zamanı 18 nəfər həlak olmuşdu. Arutunyan bu qəzaya görə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzanın yüngüllüyü Rusiya cəmiyyətində etirazla qarşılanmışdı. Arutunyanın məhkəmə zalına qadın xalatında gətirilməsi isə erməniləri narazı salmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here