Mitinqlə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

0
314166

Polis mitinqin keçiriləcəyi ərazidə ciddi yoxlama aparır

Bu gün Bakıda keçiriləcək Milli Şuranın mitinqi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. VOİCEPRESS xəbər verir ki, polis mitinqin keçiriləcəyi ərazidə ciddi yoxlama aparır.

Xəbər verdiyimiz kimi, Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın aprelin 8-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib. İstiPress-in məlumatına görə, idarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək: “Biz mitinqin təşkilatçılarını Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik.

Onlara xəbərdarlıq ediləcək. Aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here