Millimiz İslam Oyunlarına Kamerunla başlayacaq

0
313942

Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına daxil olan futbol yarışlarının püşkatma mərasimi olub.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, yarışda ölkəmizi təmsil edəcək U-23 milli komandamızın da rəqibləri bəlli olub.

Yığmamız A qrupunda yarışacaq. Yaşar Vahabzadənin yetirmələri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə qarşılaşacaq.

Digər qrupda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirin futbol yarışları mayın 8-dən başlanacaq. Açılış matçında millimiz Kamerunlu həmyaşıdları ilə oynayacaqlar. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpaz üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here