Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş kikboksinq turniri keçiriləcək

0
314780

Aprelin 12-də Qusar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş idman yarışı keçiriləcək.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyevin rəhbərliyi ilə baş tutacaq. Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr edilmiş kikboksinq üzrə peşəkarlar arasında yarış Qusar Olimpiya kompleksində keçiriləcək.

Xatırladaq ki, Çingiz Qurbanov ötən ilin dekabr ayının 29-da ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman qəhrəmancasına həlak olmuşdu. Nəticədə Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qaldı. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda, 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan təfərə təhvil verdi. Fevralın 6-sı Çingiz Qurbanov ilə vida mərasimi baş tutdu. Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər Xiyabanında dəfn olundu”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here