Messi gələn ay müqavilə bağlayacaq

0
314626

“Barselona”nın hücumçusu Lionel Messinin taleyinə aydınlıq gəlib.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, argentinalının klubu ilə yeni müqavilə imzalayacağı dəqiqləşib.

Belə ki, Leo gələn ay kataloniyalılarla yeni sazişə qol çəkəcək. Anlaşmaya əsasən, 30 yaşlı oyunçu yeni 5 illik müqavilə imzalayacaq. Bununla da o, 2023-cü ilə qədər “Barsa”ya məxsus olacaq. İllik maaşı 35 milyon avro təşkil edəcək futbolçu mükafatlarla birlikdə 40 milyon qazanacaq.

Qeyd edək ki, 2004-cü ildən peşəkar futbolçu kimi “Barselona”nın formasını geyinən Lionel Messinin hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here