Məşhur komediya aktyoru Çarli Mörfi 57 yaşında vəfat edib.
VOİCEPRESS “CNN”ə istinadla xəbər verir ki, o, aprel ayının 12-də dünyasını dəyişib.
Qan xərçəngi xəstəliyindən ölən aktyorun vəfatı barədə xəbəri tanınmış yazar Domenik Nati yayıb.
Qeyd edək ki, o, “Chapelle’s Show” komediya verilişindən sonra şöhrət qazanıb.
VOİCEPRESS.AZ