Məşhur aviaşirkətdən biabırçılıq: sərnişini döyüb, sürüyüb çölə atdılar – VİDEO

0
313722

Amerikanın ən böyük hava yolu şirkətlərindən olan “United Airlines”də qalmaqal yaşanıb.

VOİCEPRESS Türkiyə mediasına istinadla bildirir ki, “United Airlines”də “overbook” adlandırılan, yəni iki nəfərə eyni biletin satılması qalmaqalla nəticələnib.

Çikaqo təyyarəsində 4 sərnişin artıq olub. Stüardessalar bu sərnişinlərə könüllü olaraq təyyarədən enmələrini və qarşılığında 800 dollar verəcəklərini təklif ediblər. Lakin təyyarədən düşmək istəyən olmayıb. Buna görə də uçuşun həyata keçməsi üçün 4 sərnişin təyyarədən zorla endirilib.

Tək oturan və həkim olduğu deyilən şəxs təyyarədən düşmək istəməyib. Bu zaman o, təhlükəsizlik işçiləri tərəfindən döyülərək sürüyə-sürüyə təyyarədən çıxarılıb.

Həmin anlar digər sərnişinlərin mobil telefonları vasitəsi ilə lentə alınıb.

Hava yolları şirkəti məsələ ilə bağlı verdiyi açıqlamada, sadəcə, “Artıq bilet satışına görə üzr istəyirik” deməklə kifayətlənib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here