Məktəbdə gülləbaran: müəllim arvadını və uşaqları güllələdi

0
314277

ABŞ-ın Kaliforniya ştatındakı San Bernardino şəhərində yerləşən “North Park Elementary School” ibtidai məktəbdə atışma baş verib.

VOİCEPRESS CNN-ə istinadən bildirir ki, atışmada 3 nəfər həlak olub, 4 nəfər yaralanıb. Atışmada 1 uşaq həlak olub, iki uşaq yaralanıb.

San-Bernardino şəhər polisinin rəitsi Cerrod Burquanın dediyinə görə, məktəbədaxil olmuş silahlı şəxs sinifdə atəş açıb.

Atəş açan şəxs isə əqli cəhətdən geri qalmış uşaqlar üçün nəzərdə tutulmuş sinifdə dərs deyən müəllim, 53 yaşlı Karen Smitin əri, 53 yaşlı Sedrik Anderson olub.

O, iriçaplı revolverdən arvadına atəş açıb, amma güllələr sinifdəki uşaqlara da dəyib.

Sedrik anlerson əvvəllər ailə zorakılığı və qanunsuz silah saxlmaqda suçlanaraq məsuliyyətə cəlb olunmuşdu.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here