VOİCEPRESS modern.az-a istinadən xəbər verir ki, “Məhsul” stadionunun direktoru Alik Həsənov müxalifətin keçirdiyi mitinqlərdən danışarkən deyib ki, sadəcə ərazi onlarındır.
“Müxalifətin “Məhsul” stadionunda mitinq keçirməsinin bizə heç bir aidiyyatı yoxdur. Biz yalnız əraziyə cavabdehik. Sadəcə olaraq, Bakı Şəhər icra Hakimiyyətinə müraciət edirlər. Qarşı tərəf də Milli Şuranın həmin ərazidə mitinq keçirməsi ilə bağlı qərar qəbul edir. “Məhsul” stadionunun rəhbərliyi olaraq mitinqin təxirə salınması, keçirilməməsi kimi hallara aidiyyatımız yoxdur”.
Stadion rəhbərinin sözlərinə görə, mitinqdən sonra onlara ərazini təmizləmək qalır:
“Müxalifətin “Məhsul” stadionunda mitinq keçirməsinə görə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bizə heç bir ödəniş həyata keçirilmir. Əksinə, mitinqdən sonra bizə qalan mitinq iştirakçılarının ərazini bərbad vəziyyətə qoymasıdır. Mitinq başa çatandan sonra əməkdaşlarımız tərəfindən təmizlik işləri aparılır”.
VOİCEPRESS.AZ