Medvedev Trampla bağlı status yazdı – Münasibətlər gərginləşir

0
313596

Rusiya baş naziri Dmitri Medvedev ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri endirməsinə münasibət bildirib.

VOİCEPRESS xəbər verir ki, Medvedev özünün Facebook səhifəsində yazıb ki, ABŞ prezidenti Donald Tramp İŞİD-ə qarşı Rusiya ilə birlikdə mübarizə aparmaq əvəzinə Suriyanın qanuni hökuməti ilə qəzəbli şəkildə rəftar edəcəyini nümayiş etdirib.

“ABŞ-ın Suriyaya hücumu zamanı beynəlxalq hüquq normaları pozulub. Eyni zamanda, hücum BMT-nin qərarı olmadan təşkil olunub”, – o vurğulayıb.

Baş nazirin sözlərinə görə, Trampın bu addımı sübut edib ki, onun siyasəti Rusiya ilə hərbi toqquşma ehtimalı yaradır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here