Mədəniyyət və Turizm Nazirliyindən QHT-lərə şad xəbər

0
313802

Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün ikinci müsabiqə elan edib
VOİCEPRESS
nazirliyə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları 2017-ci ilin may ayının 1-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə təqdim etməlidir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
Tədbirin keçiriləcəyi yer və tarix;
Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
Ünvan:
AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Qeyri-hökumət təşkilatları ilə iş sektoru.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here